“Mançester Yunayted”in yeni baş məşqçisi bəlli oldu

“Mançester Yunayted”in yeni baş məşqçisi bəlli oldu
  19 Dekabr 2018    Oxunub:13613
"Mançester Yunayted" futbol klubunun yeni baş məşqçisinin adı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu vəzifə klubun sabiq futbolçusu Ole-Qunnar Sulşerə həvalə olunub. O, bu mövsümünün sonuna kimi "qırmızı şeytanlar"ı çalışdıracaq.

Sulşer 1996-2007-ci illərdə "Mançester Yunayted"in forması ilə çıxış edib.

Xatırladaq ki, Joze Mourinyonu ötən gün "Mançester Yunayted"in baş məşqçisi postundan istefaya göndərilib. Portuqaliyalı mütəxəssislə 2016-cı ilin mayında 3 illik müqavilə bağlanmışdı. Onun rəhbərliyi dövründə komanda ölkə çempionu ola bilməyib. 2017-ci ildə isə klub "Ayaks"ı məğlub etməklə (2:0) tarixində ilk dəfə Avropa Liqasının baş mükafatını qazanıb. Bu mövsüm "qırmızı şeytanlar" premyer Liqada uğursuz çıxışlarla diqqət çəkir. Belə ki, komanda 17 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb.

Azvision.az


Teqlər: Mançester-Yunayted   Məşqçi  





Xəbər lenti