İndi də Çin insanları izləyir

İndi də Çin insanları izləyir
  05 Noyabr 2013    Oxunub:1602
Son vaxtlar gündəmdə olan xüsusi orqanların `dinləmə` məsələsində yeni qalmaqal. Çinin bizi dinləməyə `iPhon`u olmasada, hamımızın evində ola biləcək çaydanı və ya ütüsü var.
AzVision.az xəbər verir ki, Rusiya KİV son vaxtlar dünyada aktual olan xüsusi xidmətlərin insanları dinləməsi haqda yayılan xəbərlərə deyəsən yeni qalmaqal əlavə edir. Ruslar iddia edir ki, Çində istehsal olunan mətbəx əşyalarının içində məlumatı wi-fi vasitəsilə ötürən, səs oxuyan cihazlar mövcuddur.

Rosbalt agentliyinin xəbərinə inansaq Sankt-Peterburqda 20-30 arası çaynik və ütünün üçündə dinləmə cihazı tapılıb ki, parolsuz `wi-fi`ya qoşularaq məlumatları xarici serverə göndərə bilir. Agentlik `Panimport` şirkətinin gömrük brokerinə istinad edir.

`Bu açıqlamalar AB-də Rusiyanın G20 sammitinə gələn nümayəndələrə verilən hədiiyyələrin içində dinləmə cihazı olması və bunun Rusiyanın sammitin iştrakçılarının kompyüter və telefonlarından məlumat almaq üçün etməsi şübhələri üzərindən istintaqa başlatmasından bir müddət sonra gəlib `deyə Tomlinson qeyd edib.

Britaniya internet nəşri The Register məqaləni tərcümə etmiş və bu qənaətdədir ki, çaynikdə səs yazan çipin ola bilməsi mümkündür. Hətta belə çiplərin Rusiyanın 220 voltluq cərəyanında işləməsi üçün transfarmatorlarda mövcuddur. Ancaq ekspertlər casus avadanlıqlarının əşyaların daha ağır olduğundan aşkarlanması xəbərinə inanmırlar. Bu ki sayıla biləcək qram təşkil edir və çətin ki, belə ucuz məhsul (çaynik) təyyarə ilə çatdırılır- deyə ekspertlər bildirir.

Ekspertlər müzakirə edir, bəs insanlar necə eləsin? Artıq öz evimizdə olan ən adi məişət əşyalarına belə inam qalmır. Axı onların hər biri danışan ola bilər...



Teqlər:  





Xəbər lenti