Türkiyə universitetlərinə attestatla qəbul dayandırılıb?

 Türkiyə universitetlərinə attestatla qəbul dayandırılıb?
  19 Dekabr 2018    Oxunub:14327
Təhsil eksperti Kamran Əsədov Türkiyə universitetlərinə attestatla qəbul dayandırılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirb.
Azvision.az xəbər verir ki, təhsil eksperti bunun həqiqət olmadığını qeyd edib. “Təhsil Nazirliyi və Türkiyənin YÖK (Yükseköğretim Kurumu) arasında imzalanan qarşılıqlı iş birliyi protokolunda azərbaycanlı tələbələrin Türkiyədə fəaliyyət göstərən universitetlərin qəbulunda Azərbaycan Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri nəzərə alınması tövsiyyə olunur.

1.Bu tövsiyyə xarakterli Türkiyə YÖK-ün öz universitetlərinə xəbərdarlığıdır.

2.Azərbaycanda attestat alan hər kəs onsuzda DİM-in buraxılış imtahanında iştirak edib attestat alır. Deməli hər kəsin DİM imtahan nəticəsi var. Eyni zamanda Türkiyəyə gedənlər burada yetərli bal toplaya bilməyənlərdir. Deməli onların qəbul imtahan nəticəsi də var. Sənəddə hər hansı bir keçid balı nəzərdə tutulmur. Deməli imtahanda iştirak üçün hətta 1 bal belə yetərlidir.

3. Türkiyədə ali məktəbə qəbul olmaq, bakalavr təhsili almaq üçün SAT və ya universitetlərin öz YÖS imtahanına girmək lazımdır. Magistr təhsili üçün isə ALES imtahanından keçməlisiz. Bəzən universitetlərdən asılı olaraq bu imtahan GRE və ya GMAT imtahanı ilədə əvəz oluna bilər. Magistr üçün tezsiz proqramlara ALES imtahanına ehtiyac qalmır. Hər iki halda əgər ingilis dilində təhsil almaq istəyirsizsə onda sizin minimum 75 TOEFL nəticəniz də olmalıdır.

4.İki ölkə arasında imzalanmış sənəddə ali məktəblərə attestatla qəbula qadağa nəzərdə tutulmur. Əgər bu olsa Təhsil Nazirliyi öz təhsilinə, verdiyi sənədə inanmır deməkdir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Kamran-Əsədov  





Xəbər lenti