Şagirdi döyən direktor işdən çıxarılıb

 Şagirdi döyən direktor işdən çıxarılıb
  20 Dekabr 2018    Oxunub:15034
Cəlilabad Rayon Təhsil Şöbəsi rayonun Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktor əvəzi Mübariz Cəfərovun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.
Təhsil Şöbəsindən Azvision.az -a verilən məlumata görə, adıçəkilən məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb.

Qeyd olunub ki, yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək.

Azvision.az



Teqlər: Cəlilabad   Məktəb   Direktor  





Xəbər lenti