Azərbaycanın ən güclü güləşçiləri müəyyənləşdi
Ən yüngül çəki dərəcəsində (57 kq) yarışın qalibi Mahir Əmiraslanov (“Neftçi” İC) olub. Bundan başqa, 61 kiloqramda Mircəlal Həsənzadə, 65 kiloqramda Turan Bayramov, 70 kiloqramda Ağahüseyn Mustafayev, 74 kiloqramda Hacımurad Hacıyev, 79 kiloqramda İbrahim Yusubov, 86 kiloqramda Murad Süleymanov, 92 kiloqramda Şamil Zubairov, 97 kiloqramda Nurməhəmməd Hacıyev və ən ağır çəkidə - 125 kiloqramda isə İslam Abuyev çempion adını qazanıblar.
Yarışlardan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.
Azvision.az