Nazirlik işçiləri Paşinyana qarşı aksiya keçirir

 Nazirlik işçiləri Paşinyana qarşı aksiya keçirir
  21 Dekabr 2018    Oxunub:4742
Ermənistanın Mədəniyyət nazirliyinin əməkdaşları baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın siyasətinə etiraz əlaməti olaraq tətil və hökumət binasının qarşısında etiraz mitinqi keçirməyə başayıb.
Azvision.az "News.am" saytına istinadən xəbər verir ki, nazirliyin əməkdaşları Paşinyanın elan etdiyi struktur islahatlarına etiraz edirlər. Belə ki, yeni hökumətin planına görə, hazırda fəaliyyət göstərən 17 nazirlikdən cəmi 12-si qalacaq. Nəticədə nazirliyinin əməkdaşlarının 90 faizi işsiz qalacaq.

"Əgər baş nazir bizlə görüşə gəlmək istəmirsə, onda biz özümüz onun yanına, onu görmək üçün gedə bilərik", - aksiyaçılar bildiriblər. Aksiya iştirakçılarının hökumətə yazılı müraciətində qeyd olunub ki, ölkədəki yüksək səviyyədə işsizlik şəraitində dövlət qulluqçularının küçəyə atılması sosial gərginliyi artıracaq və emiqrasiya prosesini gücləndirəcək.

Azvision.az



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti