Putinin təmsilçisi döyülən uşaqdan danışdı

Putinin təmsilçisi döyülən uşaqdan danışdı
  06 Noyabr 2013    Oxunub:1192
Rusiya Federasiyasının prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli nümayəndə Pavel Astaxov Moskva meri Sergey Sobyaninə müraciət edərək millətçi əhval-ruhiyyənin azaldılması üçün tədbirləri gücləndirməyi tələb edib.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Astaxov həmçinin Baş Prokuorluğa və Daxili İşlər Nazirliyinə müraciət edərək Zelenoqrad şəhərində azərbaycanlı yeniyetməyənin döyülməsində günahkar olan şəxslərə qarşı tədbirlər görməyi də xahiş edib.

Xatıradaq ki, noyabrın 1-də Moskva vilayətinin Zelenoqrad şəhərində avtobusda 14 yaşlı azərbaycanlı, əlil Rövşən Kazımov irqçi rus tərəfindən vəhşicəsinə döyülüb. Nəticədə xəsarət alan R. Kazımov Moskvanın Morozovsk uşaq xəstəxanasının göz cərrahiyyəsi bölməsinə yerləşdirilib. Həkimlər ona kəllə-beyin və göz travması diaqnozu qoyublar.

Astaxov həmçinin Moskva meri Sergey Sobyaninə mürajiət edərək zərər çəkmiş yeniyetmənin ailəsinə dəstək üçün bütün lazımi tədbirləri görməyi xahiş edib.


Teqlər:  





Xəbər lenti