Almaniya ultra-sağçılara qarşı mübarizəni gücləndirir

Almaniya ultra-sağçılara qarşı mübarizəni gücləndirir
  21 Dekabr 2018    Oxunub:3406
Almaniyanın Daxili Kəşfiyyat Xidməti - “Konstitusiyanı Müdafiə Təşkilatı”nın yeni rəhbəri Tomas Holdenvanq ultra-sağçı ekstremistlərin fəaliyyətini izləyən departamentin əhəmiyyətli dərəcədə genişləndiriləcəyini bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə Holdenvanq “Sueddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib. Bildirib ki, 2019-cu ildə Daxili Kəşfiyyat Xidmətinin ultra-sağçılarla mübarizə aparan departamentində işçilərin sayı 50 faiz artırılacaq. Lakin məxfilik baxımından yeni heyətin tərkibi barədə əlavə məlumat verməyib.

“Artıq bir müddətdir ki, sağçı ekstremistlərdə yeni fəallıq müşahidə olunur. Və elə bir vəziyyət yaranıb ki, artıq normal nümayişçilər ekstremistlərdən məsafə saxlamırlar” – Holdenvanq vurğulayıb.

Qeyd edək ki, Tomas Holdenvanqın sələfi Hans Georq Maassen ultra-sağçı və anti-miqrant mövqeli “Almaniya üçün Alternativ” radikal partiyasına simpatiya bəslədiyinə, həmçinin, Almaniyada “miqrant ovuna” çıxan millətçilərə haqq qazandırmasına görə sentyabrda vəzifəsindən kənarlaşdırılmışdı. Bu hadisə Almaniyada və Avropada böyük qalmaqala səbəb olmuşdu.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Almaniya  





Xəbər lenti