Yunanıstanın müdafiə naziri: “Türkiyəni əzəcəyik!”

Yunanıstanın müdafiə naziri:    “Türkiyəni əzəcəyik!”
  21 Dekabr 2018    Oxunub:12639
Yunanıstanın müdafiə naziri Panos Kammenos Yunanıstan dövlətinin ərazi bütövlüyünü pozmaq cəhdlərilə bağlı Ankaraya xəbərdarlıq edib. Azvision.az “Ekathimerini” portalına istinadən xəbər verir ki, bu barədə Panos Kammenos Egey dənizinin cənub-şərqindəki Leroso adasındakı gözətçi hərbi hissəyə baş çəkərkən bəyan edib.
O, Türkiyə qırıcılarının Yunanıstan hava məkanına daxil olmasını kəskin şəkildə qınayaraq, bu kimi hallarla əlaqədar Ankaranı hədələyib.

“Əgər onlar kiçik addım belə atsalar, biz onları əzəcəyik! Biz sülh istəyirik, biz sülh və anlaşma şəraitində yaşamaq istəyirik. Amma bununla belə, biz bir santimetr də olsa güzəştə getməyə hazırlaşmırıq. Bu cür təxribatları törədənlər sözlərimizlə kifayətlənsə yaxşı olar” – Kammenos vurğulayıb. Rəsmi Ankara yunan nazirin ittihamlarına hələ ki, cavab verməyib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Türkiyə   Egey   Yunanıstan  





Xəbər lenti