Azərbaycan yığmasına yeni baş məşqçi təyin olundu

 Azərbaycan yığmasına yeni baş məşqçi təyin olundu
  21 Dekabr 2018    Oxunub:13609
Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsində dəyişiklik edilib.
Azvision.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, bundan sonra millimizi Saypulla Absaidov çalışdıracaq. 2009-2012-ci və 2015-2016-cı illərdə də əsas komandanın baş məşqçisi funksiyasını yerinə yetirən Saypulla Absaidov son iki ildə gənclərdən ibarət yığmada böyük məşqçi kimi fəaliyyət göstərib.

Dekabrın 21-də Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifələrini icra edən Namiq Əliyevin əmri ilə təcrübəli mütəxəssis yenidən böyüklərdən ibarət yığmanın baş məşqçisi təyin edilib. Millimizin sabiq çalışdırıcısı Firdovsi Umudov isə bundan sonra fəaliyyətini sərbəst güləş üzrə vitse-prezident kimi davam etdirəcək.

Azvision.az



Teqlər: Güləş   Milli  





Xəbər lenti