Komitə`super-məhkəmə` haqda qanun qəbul etdi

Komitə`super-məhkəmə` haqda qanun qəbul etdi
  06 Noyabr 2013    Oxunub:1231
Rusiyada Ali Arbitraj məhkəməsi ləğv edilir, hakimlər isə əlavə imtahandan keçirilir.
AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Rusiya dumasının konstitusiya qanunvericiliyinin müvafiq komitəsi Ali və Ali Arbitraj Məhkəməsinin birləşməsi haqda qanun qəbul edib. Qanunun birinci oxunuşda qəbul edilməsi tövsiyə edilir.

"Qanun layihəsi birinci oxunuşa hazırdır. Qanun layihəsinin Noyabrın 12-də Dumaya təqdim etmək təklif edirəm", - deyə komitə rəhbəri Vladimir Pligin bildirib Layihə noyabrın 15-nə ikinci oxunuşa kimi təqdim olunmalıdır .

Ali və Ali Arbitraj Məhkəməsinin birləşməsi haqda qanun layihəsi Dövlət Dumasına Rusiya prezidenti Vladimir Putin tərəfindən 7 oktyabr 2013-cü il tarixində təqdim edilib. Qanun mülki, cinayət və inzibati məsələlər üzrə eləcə də iqtisadi mübahisələrin həll edilməsi üçün yeganə ali məhkəmə orqanının olmasını təklif edir. Qısaca desək Arbitraj Məhkəməsi ləğv edilir və onun yurisdiksiyası çərçivəsində olan ədalət məsələləri Rusiya Federasiyası Ali Məhkəməsinin yurisdiksiyasına köçürülür.

Qanuna əsasən, yeni Ali Məhkəməyə təyin olunan hakimlər xüsusi və əlavə imtahanlardan keçməli olacaq. Onda bu nəticəyə gəlmək olar ki, Duma bu qanunu qəbul etdiyi təqdirdə Ali məhkəmənin sədrinin dəyişilməsi gündəmdə ola bilər.


Teqlər:  





Xəbər lenti