Dünya şöhrətli futbolçu Bakıya gəldi - FOTO

 Dünya şöhrətli futbolçu Bakıya gəldi -  FOTO
  23 Dekabr 2018    Oxunub:13558
Gələn il Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində argentinalı sabiq futbolçu, dünya şöhrətli hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində Azərbaycana gəlib.
Bu gün Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeydə “İnter” komandasının heyətində üç dəfə İtaliya çempionu olmuş E.Kresponun imza günü təşkil edilib.



Muzeyin ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış olub, ondan imza alıb, eləcə də foto çəkdiriblər.

Muzey ilə tanış olan E.Krespo, həmçinin “İnter” klubunun Bakıdakı azarkeşləri ilə də görüşüb.



Qeyd edək ki, E.Krespo İtaliyanın “Parma” klubunun heyətində UEFA Kubokunun 1998-1999-cu il mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş yaşayan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.



Azvision.az


Teqlər:





Xəbər lenti