Türkiyənin axtarışa verdiyi təhlükəli terrorçu Adnan Sav Silopidəki Habur gömrük-keçid məntəqəsinə gələrək təhlükəsizlik qüvvələrinə təslim olub.
Türkiyə mətbuatının yaydığı məlumata görə, Diyarbəkirin Lice rayonunda PKK/KCK terror təşkilatları sırasına daxil olaraq Suriyadakı silahlı münaqişələrə qatılan Adnan Savın tapılmasına 300 min Türkiyə lirəsi mükafat ayrılmışdı.