Qəmbər başqanlığı kimə verəcək? – TƏHLİL

Qəmbər başqanlığı kimə verəcək? – TƏHLİL
  06 Noyabr 2013    Oxunub:1636
İsa Qəmbərin başqanlıqdan getməsi Müsavatda günün əsas müzakirə mövzusuna çevrilib. Seçkidən sonra partiyada vəziyyət o qədər də ürəkaçan deyil. Xəyal qırıqlığı yaşayan müsavatçılar durumdan çıxış yolu kimi partiyanın qurultay məsələsini yenidən gündəmə gətirdilər.
Qurultay müəmmasının növbəti dəfə müzakirəyə çıxarılması heç də təsadüfü görünmür. Sıravi müsavatçılar partiyada rəhbər dəyişikliyinin labüq olduğunu dərk edərək ən qısa vaxtda qurultayın keçiriməsini, İsa Qəmbərin postundan getməsini istəyirlər.

Onlar da bu sualar qarşısında “baş sındırmağa” çalışırlar: Müsavat nə üçün qurultay keçirə bilmir? Daha doğrusu, keçirmək istəmir? Burda maraqlı bir paradoks ortaya çıxır. İsa Qəmbər seçkidən öncə mətbuat səhifələrində partiyanın qurultay məsələsini eninə-uzununa qaldıraraq, “hakimiyyət bizə yer vermir” deyə bəyanatlar verib, siyasi divident qazanmağa çalışırdı. Halbuki, ilk baxışdan onun başqanlıqdan getmək istəmədiyi sezilirdi.

Partiyanın ali tədbirinin gah Türkiyədə, gah da Gürcüstanda keçiriləcəyini bildirməklə İ.Qəmbər hakimiyyəti Qərblə şantaj edir, iqtidarı gözdən salma kampaniyası aparırdı. Əslində qurultay kartından istifadə edərək beynəlxalq təkşikatların diqqətini özünə çəkməklə “yazıq mələk” simasına girmişdi. Guya Bakı şəhər İcra hakimiyyəti yer vermədiyi üçün qurultay indiyədək dalana dirənmişdi. Halbuki meriya Müsavatın hər müraciətinə rəsmi cavab verərək onların qurultay keçirməsini üçün lazımı yerlər təklif edirdi.

Arif Hacılı, yoxsa Arzu Səmədbəyli?

Maraqlıdır ki, İsa Qəmbər nə üçün seçkidən sonra bu məsələni bir dəfə də olsa qaldırmadı. Bunun bir izahı var: o, başqanlıq postunu açıq-aşkar əldən vermək istəmir. Hələ də özünü lider hesab edir. YAP-dan tutmuş müxalifətə kimi hər kəsin Müsavat qurultayından danışdığı vaxtda İsa Qəmbərin bir dəfə də olsa bu mövzuya toxunmamasına nə ad vermək olar? Nə üçün İ.Qəmbər bu məsələyə görə mətbuatdan qaçır?

Müsavatda artıq bıçaq sümüyə dirənib

İsa Qəmbər istəsə də, istəməsə də postundan gedəcək. Başqa şansı yoxdur. Qurultayın vaxtı, yeri müəyyən edilməmiş müzakirə olunan ikinci məsələ yeni başqanın kim olacağıdır. Partiyada başqanlıq postuna ən real namizədlər Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və Müsavat Məclisinin sədri Arzu Səmədbəyli göstərilir.

Xatırlayırsınızsa İsa Qəmbər müsahibələrinin birincə Arif Hacılının namizədliyini dəstəklədiyini bildirmişdi. Onların yaxın münasibətdə olduğunu nəzərə alsaq, İsa Qəmbərin Arif Hacılının tərəfində olduğunu demək olar. Siyasi ekspertlərin fikrincə, İsa Qəmbər Arif Hacılının başqan seçilməsinə nail olmaqla partiyadakı hökmranlığını əldə saxlamaq istəyir. Bu baxımdan Arif Hacılının başqan seçilmək şansı A.Səmədbəyliyə nisbətən daha yüksəkdir. Görünür, ikinci də bunu kompensasiya etməyə çalışır.

“İsa Qəmbərin indiyə kimi partiyada hansı nüfuzu olubsa, başqan olmadığı dövrdə də bu davam edəcək. Partiyada o vaxt fəsadlar ola bilərdi ki, İsa Qəmbər partiyadan da çıxsın və bu, Müsavatın zəifləməsi ilə nəticələnə bilərdi. Bu baxımdan İsa Qəmbərin yalnız başqanlıqdan getməsi partiyanın zəifləməsinə səbəb ola bilməz. Sonrakı dövrdə də partiyanın inkişafında və idarə edilməsində İsa Qəmbər iştirak edəcək. Eyni zamanda, funksionerlərin narahatlığı da aradan qaldırılacaq”,- deyə A.Səmədbəyli müsahibəsində bildirib.

A.Hacılı isə indidən Müsavatın gələcək planlarını hazırlayıb. O, mətbuata açıqlamalarında bildirib ki, başqanlıq İsa Qəmbərin manevr imkanlarını məhdudlaşdırır: “Xüsusi dəyişiklik nəzərdə tutulmur. Partiya əvvəlki qaydada idarə olunacaq. Ola bilsin ki, müəyyən texniki dəyişikliklər baş versin. Bu dəyişikliklər də təşkilatın idarə olunmasının çevikliyini artırmaq məqsədi daşıyan dəyişikliklərdir”.

Müsavatda kimin qalacağını, kimin gedəcəyini indidən deyə bilməsək də, partiyada ciddi dəyişikllərin olacağı qaçılmazdır.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti