İrəvanda İran bankına basqın edilib

   İrəvanda İran bankına basqın edilib
  24 Dekabr 2018    Oxunub:2405
İranın "Mellat" bankının İrəvanda fəaliyyət göstərən şöbəsinə basqın edilib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bıçaq və elektroşokla silahlanan 36 yaşlı İran vətəndaşı Murtuz Qurban Coşuvar banka daxil olaraq kassirdən pulları ona verməsini tələb edib.

Mühafizəçilər cəld hərəkət edərək soyğunçunu saxlayıblar. Polisə təhvil verilən İran vətəndaşına qarşı cinayət işi açılıb.

Azvision.az



Teqlər: İrəvan   Bank   İran  





Xəbər lenti