FHN gücləndirilmiş rejimdə çalışacaq

FHN gücləndirilmiş rejimdə çalışacaq
  25 Dekabr 2018    Oxunub:1461
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində və bayram günlərində baş verə biləcək fövqəladə hadisələrin qarşısının daha operativ alınması və nəticələrinin aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri 29 dekabr 2018-ci il tarixindən 2 yanvar 2019-cu il tarixinədək gücləndirilmiş iş rejimində çalışacaq.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, bununla əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti