Ermənistanda `maskaların qiyamı` - VİDEO

Ermənistanda `maskaların qiyamı` - VİDEO
  06 Noyabr 2013    Oxunub:1623
`Anonymous` hərəkatından olan hakerlər bütün dünyada aksiya keçiriblər. `Milyonlarla maskanın marşı` adlı aksiya zamanı hərakatın üzvləri Qay Foksun maskalarında küçələrə çıxaraq, siyasi etirazlarını bildiriblər.

Maskalı hakerlər, yaxud `Anonymous` hərəkatının üzvləri ABŞ, Britaniya, Kanada, Avstraliya, Hindistan, Xorvatiya, Bolqarıstan və digər ölkələrdə küçələrə çıxaıblar. Bu, onların tarixdəki ən böyük etiraz aksiyalarıdır. Hazırda `Anonymous`-un üzvləri insanların total izlənməsinə və siyasi hakimiyyətlərin insan haqlarını pozmasına qarşı çıxır, buna rəsmi saytlara hücum etməklə etiraz bildirirlər.

Aksiyaların keçrildiyi şəhərlərin arasında Yerevan da var. Orada polislə toqquşma zamanı onlarla insan tutulub və yaralanıb. Verilən məlumata görə, aksiya iştirakçıları `Molotov koteyli` vasitəsilə hökumət binalarını yandırmaq istəyirmişlər. Marşın təşilatçılarından biri Şant Arutyunyan deyib ki, inqilab etməyin və prezident sarayını partlatmağın vaxtıdır.



`Anonymous`-un `ilham aldığı` şəxs – Qay Foks 1605-ci ilə İngiltərə və Çotlandiya kralı I Yakova qarşı təşkil edilən `Barıt sui-qəsdi`nin rəhbərlərindən biri olub. Londonda Lordlar Palatasının altında qoyulmuş barıt çəlləklərinə gedən fitili məhz o yandırmalı imiş. Amma 1605-ci ilin 5 noyabrında həbs olunur, 31 yanvarda edam zamanı isə boynunda kəndir olduğu halda eşafotdan tullanmaqla özünü öldürür və işgəncələrdən canını qurtarır.

Onun maskası bir kulta və internet-meminə çevrilib. Xüsusilə də "V – vendetta deməkdir` filmindən sonra bu maska kütləviləşib. Britaniyada hər il `Barıt sui-qəsdi`nə etiraz əlaməti olaraq onun müqəvvası yandrılsa da, keçirilən sorğulara görə, Qay Foks `100 ən böyük britaniyalı`nın arasında 30-cu yerdədir.





Tariyel


Teqlər:





Xəbər lenti