AQTA-ya 5 ayda 9017 müraciət daxil olub

AQTA-ya 5 ayda 9017 müraciət daxil olub
  26 Dekabr 2018    Oxunub:1935
2018-ci ilin iyul-dekabr ayları ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 nömrəli “Çağrı Mərkəzi”nə ümumilikdə 9017 müraciət daxil olub.
AQTA-dan Azvision.az -a verilən xəbərə görə, daxil olan müraciətlərdən 2464-ü sertifikatlaşdırma və qeydiyyat, 3830-u idxal-ixrac əməliyyatları, 407-si isə istehlakçıların hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 168 müraciət daxil olsa da onlardan yalnız 76-sınn qida zəhərlənməsi olduğu öz təsdiqini tapıb. Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 566-sı işə qəbulla, 1582-si isə digər xarakterli müraciətlərdir.

Azvision.az


Teqlər: AQTA   Müraciət  





Xəbər lenti