Ronaldo “Yuventus”u məğlubiyyətdən xilas etdi

  27 Dekabr 2018    Oxunub : 11358
Ronaldo “Yuventus”u məğlubiyyətdən xilas etdi
İtaliya A Seriyasında 18-ci turun oyunları keçirilib.
Azvision.az xəbər verir ki, “Yuventus” səfərdə “Atalanta”nın qonağı olub. “Atleti Azzurri İtalia” stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb.

Matçda sonuncu qolu “Yuventus”un portuqaliyalı ulduzu Kriştiano Ronaldo vurub. O, 78-ci dəqiqədə dəqiq zərbə ilə komandasını məğlubiyyətdən xilas edib.

Azvision.az

Teqlər: Ronaldo   Yuventus