2018-ci ilin siyasi-iqtisadi nəticələri - VİDEOTƏHLİL

2018-ci ilin siyasi-iqtisadi nəticələri -  VİDEOTƏHLİL
  28 Dekabr 2018    Oxunub:6805
2018-ci il artıq başa çatır. Yola salmağa hazırlaşdığımız ildə ölkəmizdə və dünyada bir sıra mühüm hadisələr baş verdi. Ümumilikdə, “Cümhuriyyət İli”ni ölkəmiz üçün uğurlu il kimi qiymətləndirmək olar.
Belə ki, cari ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Aprelin 11-də keçirilən seçkidə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 86.03 faiz səslə yenidən Azərbaycan Respublikasının prezidenti seçildi. TANAP layihəsi və “Star” neft emalı zavodu istifadəyə verildi. "Azərspace-2" peyki orbitə buraxıldı. “Böyük qayıdış”ın davamı olaraq işğaldan azad edilən Cocuq Mərcanlıya ikinci köç baş tutdu. Naxçıvanda 11 min hektara yaxın ərazi və Şərurun Günnüt kəndi işğaldan azad edildi.

Bundan əlavə, Azərbaycanda bir çox mühüm tədbirlər keçirildi. İl ərzində həm ölkəmizə xeyli sayda rəsmi qonaqlar gəldi, həm də prezident İlham Əliyev xaricə vacib səfərlər etdi.

Dünyada da səs-küylü və mühüm hadisələrin şahidi olduq. "Skripal işi", Rusiyada prezident seçkiləri, "Brexit" böhranı, ABŞ-İran və Rusiya–Ukrayna qarşıdurmasının yenidən alovlanması, Ərdoğanın qələbəsi, jurnalist Camal Kaşoqinin qətli ilin ən mühüm hadisələri sırasındadır.

Azvision.az ilin siyasi-iqtisadi nəticələrinə həsr olunan videotəhlil hazırlayıb. Təqdim etdiyimiz videoda ilin hesabatı ilə tanış ola bilərsiniz:



Elvin Abdulqədirov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Azərbaycan   Hesabat   Seçki   TANAP   Star   Azərspace-2   Kaşoqi   Tramp   Brexit  





Xəbər lenti