Tacikistanda prezident seçkiləri başa çatdı

Tacikistanda prezident seçkiləri başa çatdı
  07 Noyabr 2013    Oxunub:1142
Tacikistanda bu gün keçirilən prezident seçkikləri yerli vaxtla saat 20:00-da başa çatıb.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin 80,3%-i və ya 3 milyon 380 min 68 seçici iştirak edib. Hazırda Komissiya səslərin yoxlanmasını həyata keçirir.

Seçkilərlə bağlı 27 ölkədə 61 məntəqə açılıb. Onlardan 24-ü Rusiya ərazisindədir. Məlumatda bildirilir ki, 4,35 seçici bülleteni hazırlanıb.

Namizədlik uğrunda 6 nəfər mübarizə aparıb. Bunlar Xalq Demokratik partiyasından olan İmaməli Rahmon, parlamentin deputatı Kommunist partiyasının üzvü İsmoil Talbakov, Aqrar partiyadan Tolibbek Buxoriev, İqtisadi Islahatlar partiyasından Olimdcon Boboyev, Sosialist partiyasının nümayəndəsi Abdulxalim Qafarov olub.


Teqlər:





Xəbər lenti