Cüdoçularımız bu il 48 qızıl medal qazanıb - VİDEO

  30 Dekabr 2018    Oxunub : 8154
Cüdoçularımız bu il 48 qızıl medal qazanıb - VİDEO
2018-ci il Azərbaycan cüdosu üçün əlamətdar hadisələr və nailiyyətlərlə yadda qalıb.
Azvision.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, cüdoçularımız iştirak etdikləri 39 beynəlxalq yarışda 177 medal qazanıblar. Bunlardan 48-i qızıl, 46-sı gümüş, 83-ü isə bürünc olub. Bakıda keçirilən dünya çempionatında 124 ölkədən 755 cüdoçu mübarizə aparıb və tanınmış idman mütəxəssisləri mundialın yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.

Bu il yeniyetmə və gənc cüdoçularımızın da parlaq qələbələri diqqət çəkib. Yeniyetmələrin Olimpiadasında Vüqar Talıbovun qızıl medal qazanması, gənclərin dünya birinciliyində Azərbaycan finalının baş tutması cüdomuzun inamlı gələcəyindən xəbər verir.



Azvision.az

Teqlər: Cüdo