Putin Jirinovskinin cavabını verdi

Putin Jirinovskinin cavabını verdi
  07 Noyabr 2013    Oxunub:1001
Jirinovskinin “Rossiya” kanalının efirində səsləndirdiyi çağırışlar böyük ictimai rezonans doğurub.
Rusiya prezidenti Vladimir Putinin bəyanatına Rusiya liberal-demokratlar liderinin terrorizmlə mübarizə üçün Şimali Qafqazda doğum sayının məhdudlaşdırılması kimi bir sıra kəskin ifadələri əsas verib. Putin Jirinovskini liberal-demokratlar elektoratının “Rusiyanın fundamental maraqlarına zərbə vuran” hissəsinə müraciət etməməyə çağırıb.

Rusiya mətbuatının məlumatına görə, Putin Jirinovskiyə xahişlə müraciət edib: “Sizin davamlı elektoratınız mövcuddur. Ona görə düşünürəm ki, Rusiyanın fundamental maraqlarına ziyan vurmaqla onu möhkəmləndirmək üçün elektoratınızın əlahiddə bir hissəsinə müraciət etməkdə heç bir zərurət yoxdur”.

Xatırladaq ki, Jirinovskinin “Rossiya” kanalının efirində səsləndirdiyi çağırışlar böyük ictimai rezonans doğurmuşdu. Onun “Şimali Qafqazda doğum sayının məhdudlaşdırılması və regionu Rusiyadan ayıracaq tikanlı məftillə hasarlanması” təklifləri öz növbəsində kəskin reaksiyaya səbəb olub. Məsələn, Çeçenistan başçısı Ramzan Kadırov siyasətçini “Rusiya xalqının və dövlətinin düşməni olan faşist adlandırıb”.

AzVision.az


Teqlər:





Xəbər lenti