Suriyada `seks cihadı`
Suriyada olan Avropa jurnalistlərinin yazdığına görə, bu qızlar özlərini `cihad bacıları` adlandırırlar. Onlar döyüşən islamçı əsgərləri seksual cəhətdən təmin etməyi özlərinin din və vicdan borcu bilirlər.
Misirdə isə `Müsəlman qardaşlar`ın feysbuk səhifəsində qadınlara müraciətlə belə bir elan dərc olunmuşdu ki, `Seksual cihadın vaxtı hələ yetişməyib, amma buna hazır olun!`. Bu fətva bir qadının sorğusuna cavab olaraq verilmişdi. Soğru isə belə idi ki, müsəlman qadınlar `Rəba-əl-Ədəviyə` çadır şəhərciyinə gedərək, Məhəmməd Mursinin tərəfdarlarını rahatlada bilərlərmi?
Bəşər Əsədin tərəfdarları isə onlara belə xidmət göstərən olmadığından, öz ehtiyaclarını düşmənlərinin qadınları və qızları hesabına ödəyirlər. Bu, `Human Rights Watch` və `Amnesty International` kimi qurumların hesabatında da əks olunub. Hətta Səudiyyə Ərəbistanında Muhəmməd-əl-Arifi adlı bir şeyx fətva verib ki, Suriya qadınlarını zorlamaq halaldır. O, həmçinin dünyanın müxtəlif yerlərindən olan müsəlman qadınları Suriyada döyüşən islamçılara `xidmət` göstərməyə çağırıb. Və bildirib ki, bunu edən qadınları Cənnətdə də eyni gözəl işlər – şəhidlərə və qəhramanlara intim xidmət göstərmək kimi mükafat gözləyir.
Bəs bütün bunlar İslama əslində nə dərəcədə uyğundur? İlahiyyatçı Dilman Şahmərdanlı AzVision.az-a açıqlamasında suala çox kəskin reaksiya verdi: `Allah onların da, onları ora göndərənlərin də bəlasını versin. Allah o fətvanı verənə də, onun fətvasına da lənət eləsin! Bu, əxlaqsızlıqdır, tərbiyəsizlikdir`.
Şahmərdanlının sözlərinə görə, İslamda müvəqqəti evlilik olsa da, o qadınları Suriyaya göndərənlər bunu qəbul etmirlər, ancaq zinaya göndərirlər. Düşmənin qadınlarını zorlamaq da həmçinin qadağandır və bunu edənə Cəhənnəm əzabı vəd olunur.
Tariyel
AzVision.az