Azərbaycanlı məşqçi Türkiyə klubunda

Azərbaycanlı məşqçi Türkiyə klubunda
  02 Yanvar 2019    Oxunub:5479
Azərbaycanlı məşqçi Asim İbrahimov Türkiyədə çalışacaq.
O, Türkiyənin 2-ci Liqasında mübarizə aparan “Darıca Gənclərbirliyi” klubunun baş məşqçisi təyin olunub. İbrahimovu klubun azərbaycanlı sahibi Rauf İsmayılov komandaya dəvət edib.

Qeyd edək ki, "Darıca Gənclərbirliyi” 2-ci liqada 17 turdan sonra 20 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Asim İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. O, Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) və Türkiyənin “Adanaspor” klubunda da işləyib.

Azvision.az



Teqlər: Məşqçi  





Xəbər lenti