Elmin İnkişafı Fondu müsabiqə elan edib
Müsabiqədə iştirak etmək üçün layihələr 2019-cu il yanvarın 7-dən qəbul olunacaq. Layihələrin onlayn qəbulu fevralın 28-nə, çap versiyasının qəbulu isə martın 1-i saat 17.00-dək aparılacaq. Müsabiqəyə yalnız 2019-cu il 1 may - 15 iyun və 1 sentyabr – 30 noyabr tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər sənədlərini təqdim edə bilərlər.
Müsabiqənin nəticələri 2019-cu ilin mart-aprel aylarında açıqlanacaq.
Bu müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (https://azvision.az/redirect.php?url=http://e-grant.sdf.gov.az/) vasitəsilə təqdim edilə bilər. Bu sistem elektron hökumət prinsipləri əsasında qurulub və “ASAN imza”dan istifadəni nəzərdə tutur.
Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək məqsədilə məsləhət seminarları keçiriləcək. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində dərc olunacaq.
Azvision.az
Teqlər: Fond