Ekspert müəllimlərin imtahan nəticələrini açıqladı: “Heç bir irəliləyiş yoxdur”
“Bu nəticələr onu bir daha sübut edir ki, qəbul və buraxılış imtahanlarının yüksək nəticələri Təhsil Nazirliyinin, orta məktəblərin nəticəsi deyil. Çünki öz nəticəsi aşağı səviyyədə olan, yüksək nəticə verə bilməz! 2014-cü ildən bəri müəllimlərin nəticələrində heç bir irəliləyiş yoxdur”.
K.Əsədov ayrı-ayrı fənlər üzrə müəllimlərin nəticələrini açıqlayıb: “Biologiya fənni üzrə imtahanda iştirak edən 221 nəfərdən 112 nəfəri (51 faizi) təqdim edillən 25 sualın 50 faizdən çoxuna doğru cavab verib. Ən yüksək göstərici isə 90% olub. İnformatika fənni üzrə imtahanda iştirak edən 129 nəfərdən 13 (10 faizi) nəfəri təqdim edillən 20 sualın 50 faizdən çoxuna doğru cavab verib. Ən yüksək göstərici isə 83% olub. Fizika fənni üzrə imtahanda iştirak edən 180 nəfərdən 11 nəfəri (6 faizi) təqdim edillən 25 sualın 50 faizdən çoxuna doğru cavab verib. Ən yüksək göstərici isə 95% olub. Kimya fənni üzrə imtahanda iştirak edən 201 nəfərdən 11 nəfəri (5 faizi) təqdim edillən 30 sualın 50 faizdən çoxuna doğru cavab verib. Ən yüksək göstərici isə 62% olub. Riyaziyyat fənni üzrə imtahanda iştirak edən 405 nəfərdən 4 nəfəri (1 faizi) təqdim edillən 25 sualın 50 faizdən çoxuna doğru cavab verib. Ən yüksək göstərici isə 63% olub”.
Aytən Zəhra
Azvision.az
Teqlər: İmtahan