Çaylarda mövcud vəziyyət açıqlanıb

Çaylarda mövcud vəziyyət açıqlanıb
  04 Yanvar 2019    Oxunub:1618
Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-160 faizini təşkil edir.
Bu barədə Azvision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Tranzit çaylarda hazırki vəziyyət

Yanvarın 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 163 m3/s olmaqla ongünlük normanın 100 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 245 m3/s olmaqla ongünlük normanın 150 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 91 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 119 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Yanvarın 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 2, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 458 sm (2018-ci il yanvarın 03-də 384 sm), Şirvanda 347 sm (2018-ci il yanvarın 03-də 249 sm), Salyanda 317 (2018-ci il yanvarın 03-də 215 sm), Bankədə 263 sm (2018-ci il yanvarın 03-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 188 sm (2018-ci il yanvarın 03-də 120 sm) təşkil edir.

Azvision.az



Teqlər: ETSN   Çay  





Xəbər lenti