Qırğızlar Jirinovskini “qara siyahıya” saldı

Qırğızlar Jirinovskini  “qara siyahıya” saldı
  07 Noyabr 2013    Oxunub:930
Qırğızıstan parlamenti Rusiyanın Liberal Partiyasının lideri Vladimir Jirnovskini “arzuolunmaz şəxs” elan edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qərarın qəbul olunmağına səbəb V.Jirnovskinin səsləndirdiyi radikal təklif olub. O deyib ki, rəsmi Bişkekin Rusiyaya olan 500 milyon dollar borcu var və bu borcun silinməsi üçün ölkənin Isık-göl əyalətini Rusiyaya verilməlidir.

Bundan başqa parlament Rusiya Dumasına məktub göndərmək barədə də qərar qəbul edib. Məktubda Jirnovskinin açıqlamalarının etik baxımdan tədqiq olunması tələb olunacaq. Qırğızıstanın Ata-Yurd partiyasından olan millət vəkili Ulduzxan Yoldaşova Jirnovskinin bu təklifini Qırğızıstanın suverenliyinə təcavüz kimi qiymətləndirib.

Jirnovski isə bildirib ki, onun açıqlaması səhv başa düşülüb: “Mən rəsmi açıqlama verməmişəm. İki ölkə arasındakı münasibətlərin daha yaxşı formalaşması üçün təklif irəli sürmüşəm. Rusiya Qırğızıstana borclarını ödəməkdə yardımçı olur. Qırğızıstan da öz növbəsində bunun qarşılığını verəcək”.

Millət vəkili vurğulayıb ki, Qırğızıstanı yaxşı tanıyır: “7 il əvvəl o ölkəyə baş çəkmişəm. Isık-Gölün hədiyyə kimi verilməyəcəyini bilirəm. Alternativ variant təklif etdim. Məsələn, həmin əyaləti 49 illik kirayə də vermək olar”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti