Azərbaycanda tutulan FETÖ-çü müəllim həbsə göndərildi

   Azərbaycanda tutulan FETÖ-çü müəllim həbsə göndərildi
  04 Yanvar 2019    Oxunub:4547
Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilən FETÖ-çü müəllim Mehmet Gelen məhkəmə qarşısına çıxarılıb.

Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankara məhkəməsi M.Gelenin həbsinə qərar verib. O, məhkəmə iclasından sonra həbsxanaya yerləşdirilib.
Qeyd edək ki, Fətullah Gülənə məxsus məktəblərdə müəllimlik edən M.Gelenin saxta pasportla Belarusa keçmək cəhdi baş tutmayıb. O, Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilib.



Azvision.az



Teqlər: FETÖ  





Xəbər lenti