Ərdoğanla Poroşenko arasında qapalı görüş

 Ərdoğanla Poroşenko arasında qapalı görüş
  05 Yanvar 2019    Oxunub:2735
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə görüşüb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, prezidentlərin 1 saat 15 dəqiqə çəkən təkbətək danışıqları İstanbulda mətbuata qapalı keçirilib.

Dövlət başçıları strateji əməkdaşlığın genişləndirilməsinə dair məsələləri müzakirə ediblər. Bundan əlavə, Ərdoğan və Poroşenko Türkiyə ilə Ukrayna arasında iqtisadi-ticarət və investisiya əməkdaşlığında müsbət dinamikanı, qarşılıqlı turist axınının artmasını nəzərdən keçiriblər.

Azvision.az



Teqlər: Ərdoğan   Proşenko  





Xəbər lenti