Aqil Məmmədov “Qəbələ”dən ayrıldı

Aqil Məmmədov “Qəbələ”dən ayrıldı
  07 Yanvar 2019    Oxunub:2545
“Qəbələ” futbolçu Aqil Məmmədovla yollarını ayırıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2017-ci ilin yayından "Qəbələ"də çıxış edən Məmmədov 2017-2018-ci illər mövsümündə və cari mövsümün ilk yarısında klubun şərəfini qoruyub. Aqil “qırmızı-qara” formada çıxış etdiyi müddətdə 9 matçda meydana çıxıb. Topaz Premyer Liqasında 7 oyun keçirən qapıçı ötən mövsümün gümüş mükafatçısıdır. Futbolçu 2 kubok matçında da “Qəbələ”nin formasını geyinib.

Azvision.az



Teqlər: Qəbələ   Klub  





Xəbər lenti