Bolton Türkiyədə: Gündəm Menbiç, FETÖ

Bolton Türkiyədə:  Gündəm Menbiç, FETÖ
  07 Yanvar 2019    Oxunub:2415
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun rəhbərlik etdiyi nümayəndə heyəti türkiyəli rəsmilərlə danışıqlar aparmaq üçün artıq Ankaradadır.
Azvision.az Anadolu agentlyiinə istinadən xəbər verir ki, İsraildə görüşlər keçirdikdən sonra Türkiyəyə gələn Boltonu ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və istefa edən Brett MakQurkun əvəzinə ABŞ-ın qlobal koalisiya qüvvələrindəki xüsusi nümayəndəsi təyin olunan Ceyms Ceffri də müşayiət edirlər.

İkitərəfli görüşlərdə başda Menbiç olmaqla Suriyada vəziyyət və ABŞ qoşunlarının çıxarılması məsələsi, FETÖ və PKK ilə mübarizə, ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satışı və iqtisadi münasibətlər müzakirə olunacaq. Boltonun başçılıq etdiyi Amerika nümayəndə heyəti bir sıra görüşlər keçirdikdən sonra sabah Türkiyəni tərk edəcəklər.

Qeyd edək ki, Ankaraya səfər etməzdən əvvəl Bolton bəyan etmişdi ki, Türkiyə hakimiyyətindən kürdlərə hücum etməyəcəklərinə dair zəmanət almayanadək ABŞ qoşunları Suriyanı tərk etməyəcək.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Suriya   Türkiyə   ABŞ  





Xəbər lenti