ABŞ-ın Suriyadan çəkilməsinə İranın münasibəti
Onun sözlərinə görə, artıq regionda ABŞ-ın və Qərb hegemoniyası sona çatıb və Qərbi Asiyada yeni bir nizam qurulur.
“Ötən illərdəki hadisələr göstərdi ki, bölgənin təhlükəsizliyinin təmin edilməsində Qərbin heç bir təsiri yoxdur. ABŞ-ın Suriyadan çəkilməsi də bunu təsdiqləyir” – Hatəmi vurğulayıb.
İranlı nazir ABŞ prezidenti Donald Trampın Tehranla yeni nüvə danışıqları aparmaq istəyilə bağlı yayılan iddialara da toxunub. Bildirib ki, “öz vədlərini yerinə yetirməyənlərin müzakirə haqqında danışmaları yersiz və gülüncdür.”
Leyla Elbrusqızı
Azvision.az