Gədəbəydə ağır yol nəqliyyat hadisəsi

Gədəbəydə ağır yol nəqliyyat hadisəsi
  08 Noyabr 2013    Oxunub:1313
Gədəbəydə yolu keçmək istəyən piyadanı avtomobil vurub. Hadisə rayonun Gərgər kəndi ərazisində baş verib. Rayon sakini, 26 yaşlı Hafiz Məmmədov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə kənd ərazisində hərəkədə olarkən yolu keçmək istəyən həmyerlisi və qohumu olan 44 yaşlı Müsaməddin Nağıyevi vurub.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, qəzada yaralanan Müsaməddin Nağıyevin vəziyyəti olduqca ağırdır. Onun müalicəsini rayonda davam etdirmək mümkün olmadığından yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Qəzada ağır bədən xəsarətləri almış və çoxlu qan itirmiş Nağıyevin müalicəsi hazırda adıçəkilən xəstəxananın reanimasiya şöbəsində aparılır.

“Xəstənin qara ciyəri tikilib, dalağın çıxarılması əməliyyatı keçirilib. Müsaqilə və kapsul yaraları tikilib” – deyə həkim-cərrah Etibar Abbasov bildirib.

Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata görə, sözügüdən Faktı Rayon Polis Şöbəsi araşdırır.


Teqlər:





Xəbər lenti