"Qəbələ"də yeni məşqçi təyinatı

"Qəbələ"də yeni məşqçi təyinatı
  08 Yanvar 2019    Oxunub:1876
2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlıqları Bakıda davam etdirən “Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik baş verib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, Zaur Həşimov “qırmızı-qaralar”ın məşqçisi təyin olunub. O, Sənan Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 38 yaşlı məşqçi ilə ilyarımlıq müqavilə imzalanıb.

Həşimov futbolçu karyerası ərzində “Şəfa”, “İnter”, “MKT-Araz”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Sumqayıt”da, həmçinin Azərbaycanın əsas və aşağı yaş qruplarında çıxış edib. Komandanın yeni çalışdırıcısı bunadək “Qarabağ” və “Zirə”də məşqçi, Azərbaycanın U-18 yığmasında baş məşqçi kimi fəaliyyət göstərib.

Azvision.az


Teqlər: Qəbələ   Məşqçi  





Xəbər lenti