Nazirliyin yeni xidmət mərkəzi istifadəyə verildi

Nazirliyin yeni xidmət mərkəzi istifadəyə verildi
  08 Noyabr 2013    Oxunub:1860
Bakıda Mirəli Qaşqay küçəsi 56-da (Koroğlu parkının yaxınlığında) Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, xidmət mərkəzlərində vətəndaşlara vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, vergi bəyannamələrinin elektron formatda düzgün tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması ilə bağlı xidmətlər göstərilir, vergilərə aid ərizə və hesabat formalarının, buklet və başqa nəşrlərin verilməsi təmin edilir.

Xidmət mərkəzi qanunvericiliklə müəyyən edilmiş iş günləri saat 09:00-dan saat 18:00-dək fasiləsiz xidmət göstərəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti