Əmanətçilərə 824,3 milyon kompensasiya ödənilib

 Əmanətçilərə 824,3 milyon kompensasiya ödənilib
  10 Yanvar 2019    Oxunub:3579
2012-2017-ci illər ərzində sığorta hadisəsi baş vermiş 13 bankda sığortalı əmanətlər üzrə 1 yanvar 2019-ci il tarixinədək 824,3 milyon manat kompensasiya ödənilib.
Azvision.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib. Bildirilib ki, bu ümumi kompensasiya öhdəliyinin 99% təşkil edir.

Ləğv prosesində olan “Royalbank” ASC-nin qorunan əmanətçilərinə 13,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 89%-i həcmində) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərə ümumilikdə 1,8 milyon manat (ümumi kompensasiya öhdəliyinin 88%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 0,98 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120,4 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

Ləğv olunmuş “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43,2 milyon manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 72,5 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27,9 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99,6%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3,1 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14,4 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 96%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın qorunan əmanətçilərinə 438,6 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə 61,98 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

Azvision.az


Teqlər: ADİF   Bank  





Xəbər lenti