Qubada ticarət mərkəzi yanıb - Yenilənib

 Qubada ticarət mərkəzi yanıb -  Yenilənib
  10 Yanvar 2019    Oxunub:4919
Quba rayonunun mərkəzində bir dam altında tikilmiş, ümumi sahəsi 60 m² olan üç mağazanın (hər mağazanın sahəsi 20 m²) yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
Bu gün səhər saatlarında Quba şəhərində yerləşən "Birja" ticarət mərkəzində yanğın olub.

Azvision.az xəbər verir ki, yanğın nəticəsində bir neçə mağaza içərisindəki mallarla birlikdə yanıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını alıblar. Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Azvision.az



Teqlər: Quba   Yanğın  





Xəbər lenti