Baş epidemioloq: “Donuz qripi”nə qarşı vaksin yoxdur
Azvision.az xəbər verir ki, bunu ölkənin baş epidemioloqu İbadulla Ağayev deyib. Onun sözlərinə görə, "donuz qripi"nə qarşı vaksin yoxdur, ölkəyə belə bir vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil.
"Son zamanlar bəzi kütləvi informasiya vasitələrində (KİV) Azərbaycanın müxtəlif bölgələrində donuz qripinin olması barədə məlumatlar yayılıb. Həmin məlumatlar həqiqəti əks etdirmir. Ölkə ərazisində mövsümlə əlaqədar qrip xəstəliyinin müşahidə edilməsi normaldır. Əgər donuz qripi qeydə alınarsa, həmin xəstəliklə mübarizə aparmaq iqtidarındayıq"
Aytən Zəhra
Azvision.az
Teqlər: Donuz-qripi