“Bura mənim evim, ailəmdir” - Almeyda

   “Bura mənim evim, ailəmdir” -    Almeyda
  14 Yanvar 2019    Oxunub:2560
"Mənim üçün heç nə dəyişməyib. Bura mənim evim, ailəmdir. Burada hamını tanıyıram. Gəlmişəm ki, komandamla birlikdə uğurlar qazanım və “Qarabağ”ın bir parçası olum"
Azvision.az Ağdam klubunun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın “Astana” komandasından “Qarabağ”a keçən Azərbaycan millisinin futbolçusu Riçard Almeyda deyib.

“Azarkeşlərə göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam”, - deyə Almeyda vurğulayıb.

Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi 2017/18 mövsümünün sonunda Ağdam klubundan ayrılaraq Qazaxıstanın “Astana” klubuna keçmişdi.

Azvision.az



Teqlər: Almeyda   Qarabağ  





Xəbər lenti