“Qırmızı şeytanlar”ın növbəti qələbəsi

  13 Yanvar 2019    Oxunub : 628
“Qırmızı şeytanlar”ın növbəti qələbəsi
İngiltərə Premyer Liqasında 22-ci turun növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, “Mançester Yunayted” klubu səfərdə “Tottenhem”lə qarşılaşıb. Görüş “qırmızı şeytanlar”ın 0:1 hesablı qələbəsilə yekunlaşıb.

Matçda yeganə qolu “Mançester Yunayted”in hücumçusu Markus Reşford vurub.

Qeyd edək ki, bu görüşdən sonra “Tottenhem” 48 xalla 3-cü, “Mançester Yunayted” isə 41 xalla 6-cı pillədə yer alıb.

Azvision.az

Teqlər: İngiltərə   Premyer-Liqa