UEFA "Qarabağ"a 622 min avro ödədi

   UEFA "Qarabağ"a 622 min avro ödədi
  14 Yanvar 2019    Oxunub:2465
UEFA-nın 20.12.2018-ci il tarixli məktubuna əsasən, UEFA Avropa Liqasının 2018-19-cu il mövsümünün qrup mərhələsində 1 qələbə qazandığına görə UEFA tərəfindən “Qarabağ” Futbol Klubuna 570,000 avro pul vəsaiti ayrılıb.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, əlavə olaraq, “Qarabağ” FK-nın qələbələrinin sayına əsasən əlavə bonuslar 52,000 avro həcmində hesablanıb.

Beləliklə, UEFA-dan ayrılmış ümümilikdə 622,000 avro pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

Azvision.az


Teqlər: UEFA   Qarabağ   Avro  





Xəbər lenti