İstənilən yerə pulsuz məlumat göndərmək mümkün oldu

İstənilən yerə pulsuz məlumat göndərmək mümkün oldu
  08 Noyabr 2013    Oxunub:1503
"Skype" ixtiraçısı məxfi danışıqlar üçün servis yaradır
"Skype for Business" və "Microsoft Lync" xidmətlərinin keçmiş müəllifi Dayv Qorl məlumatların şifrlənməsi üçün nəzərdə tutulan "Perzo" adlı sürətli məlumat mübadiləsi servisi yaradıb.

Hazırda servisdən yalnız veb-əlavə şəklində istifadə etmək mümkündür. Mobil telefonun nömrəsi təsdiq edildikdən sonra istifadəçi dünyanın istənilən nöqtəsinə pulsuz məlumat göndərmək imkanı əldə edir. Servisin tamamilə pulsuz olması nəzərdə tutulur və hazırda orada həm reklam, həm də ödənişli abunə mövcud deyil.

Servisdə həmçinin müəyyən müddətdən sonra əsas kompüterdən məlumatların öz-özünü silməsi funksiyası yer alıb. Bundan başqa, qrup şəkilli çat və fayl saxlancından istifadə etmək, eləcə də elektron poçtun mühafizəli ünvanını əldə etmək mümkündür. Həmçinin istifadəçi hər məlumata öz parolunu qoya bilər.

Servisin bütün infrastrukturu saxlanılan məlumatların təhlükəsizliyi üçün nəzərdə tutulan 2048 bitlik şifrləmə açarı ilə mühafizə olunur. İstifadəçi öz bank məlumatlarını göndərəndə, digər istifadəçi ilə aparılan yazışma onun komandası ilə istənilən anda silinə bilər.

D.Qorl bildirib ki, "Perzo" istifadəçilərə vahid yaxşı mühafizə olunan və məxfi servis təqdim etmək və onları onlarla digər saytlardan istifadə etməyə məcbur etməmək üçün yaradılıb.

Servis konsepsiyasına görə "Google Wave" layihəsini xatırladır. "Perzo"nun milyonlarla insanı adət etdikləri məlumat mübadiləsi servisləri və elektron poçtdan istifadə etməməyə sövq edəcəyi hələ ki məlum deyil.

AzVision.az


Teqlər:  





Xəbər lenti