Eurovision təmsilçimiz: `Məni əl üstə gəzdirirlər`

Eurovision təmsilçimiz: `Məni əl üstə gəzdirirlər`
  08 Noyabr 2013    Oxunub:1391
Uşaq Eurovision mahnı müsabiqəsinin milli seçimlərinin qalibi Rüstəm Kərimovla müsahibəni təqdim edirik.

Rüstəm, seçimlərin qalibi olmusan, təbii ki, özün də valideynlərin də, qohumların da buna xeyli seviniblər, bəs dostların necə?
-Əlbəttə, onlar da çox sevinir, hətta məni əlləri üstündə gəzdirirlər.

Elə bu?
-Yox, onlar kağız götürüb, məndən avtoqraf istəyirlər. Hətta, bir nəfər 11-ci sinif şagirdi məndən xahiş etdi ki, onun alnında avtoqraf yazım.

Sən də yazdın?
-Bəli

İndiyədək uşaq və yaxud böyüklərin Eurovision mahnı müsabiqələrini izləmisənmi?
- Əlbəttə. Bu müsabiqənin pərəstişkarıyam. Həm böyüklər, həm də uşaqlar üçün olan Eurovision müsabiqəsini maraqla izləyirəm. Eurovision mahnı müsabiqəsi Bakıda keçiriləndə isə sevincimin həddi-hüdudu yox idi.


Şou kastinqdə həyacanlanmırdın ki?
-Düzünü desəm, pərdə arxasında həyəcanlı oluram. Səhnəyə çıxanda isə həyəcanım ötür və mən bundan ləzzət alıram.

Kastinqdə hansı mahnını ifa etmisən?
-Kastinqdə iki əcnəbi mahnı oxumuşam.

Bundan öncə hansısa konsertin iştirakçısı olmusanmı?
Əlbəttə.

Yeri gəlmişkən, hansı məktəbdə oxuyursan?
-Bakı Avropa liseyin 5-ci, R. Behbudov adına musiqi məktəbinin fortepiano şöbəsində isə 3-cü sinfində oxuyuram. Necə deyim, dəcələm, məktəb darıxdırıcıdır. Əslində oxuyub-oynamağı, konsertlərdə iştirak etməyi daha çox sevirəm. Açığını deyim ki, solfecio dərslərindən daha çox xoşum gəlir.

Qarşıdakı mübarizəyə necə hazırlaşırsan? Hazırlıqlar səni yormurki?
-Xeyir, yorulmuram. Hazırlıq işləri isə normal gedir.

Oxuduğun mahnı xoşuna gəlirmi?
-Bəli, xoşuma gəlməsə, oxuya bilmərəmki.

Digər müsabiqə iştirakçıların çıxışlarını izləmisənmi?
-Bəli, bütün iştirakçıları izləmişəm, Rusiyalı iştirakçı daha çox xoşuma gəlir. Özü güclü olmasa da, mahnısı maraqlıdır.

Qalib olmaq istərdinmi?
-Əlbəttə! Kim olmaq istəməz ki?! Amma, belə nüfuzlu müsabiqədə iştirak etməyin özü də bir qalibiyyətdir. Və hesab edirəm ki, bu müsabiqə mənimçün böyük məktəb olacaq. Çünki, orada güclü müəllimlərlə rastlaşacam və onlardan çox şey öyrənməyə çalışacam.(itv)


Teqlər:  





Xəbər lenti