Eksternat imtahanların ilk mərhələsi keçirilib

  15 Yanvar 2019    Oxunub : 914
Eksternat imtahanların ilk mərhələsi keçirilib
Yanvarın 14-də ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat imtahanlarının ilk mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azvision.az -a verilən məlumata görə, 220 nömrəli məktəb-liseydə təşkil olunmuş imtahanda 10 şagird 3 saat vaxt ərzində ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə test tapşırıqlarını yerinə yetiriblər.

Eksternat imtahanlarının nəticələrini BŞTİ tərəfindən yaradılmış komissiya 5 ballıq şkala üzrə qiymətləndirəcək.

Qeyd edək ki, iki mərhələdən ibarət olan eksternat imtahanlarının müsahibə mərhələsi bu gün (15 yanvar 2019-cu il) keçiriləcək.

Aytən Zəhra
Azvision.az

Teqlər: BŞTİ   İmtahan