Sosiskaların içindən narkotik çıxdı- FOTO

Sosiskaların içindən narkotik çıxdı- FOTO
  09 Noyabr 2013    Oxunub:1203
Məhkuma gətirilən sosiskaların içindən narkotik çıxdı.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Penitensiar Xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1981-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 29,186.2.1; 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 181.3.1; 228.2.1 maddələri ilə təqsirli bilinərək 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qahir Mirəli oğlu Zəkiyevə vətəndaş Məmməd Zakir oğlu Həsənovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı sellofan paketdə olan "közləmə sevimli dad" sözləri yazılmış 6 ədəd sosiskanın və "sevimli dad kəllə qənd" sözləri yazılmış qənd kisəsinin içərisində gizlədilmiş ümumi xalis çəkisi 4,4 qram olan narkotik vasitə "heroin" aşkar edilərək götürülüb.



Teqlər:





Xəbər lenti