Müdafiə naziri hava şəraiti ilə bağlı göstəriş verdi

  16 Yanvar 2019    Oxunub : 1656
 Müdafiə naziri hava şəraiti ilə bağlı göstəriş verdi
Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, Müdafiə nazirinin müvafiq göstərişi tabeçilikdə olan birlik və birləşmələrə çatdırılıb.

Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, göstərişə əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının, eləcə də döyüş texnikası və hərbi obyektlərin qorunması məqsədilə bütün hərbi hissələrdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilib.

Azvision.az

Teqlər: Nazir   Zakir-Həsənov