Danimarka BƏƏ-yə silah satışını dayandırdı
Həmçinin qeyd olunub ki, Danimarka XİN BƏƏ-yə silah ixracına icazələrin mümkün olduğu qədər gecikdirilməsilə bağlı ölkənin Baş Təhlükəsizlik İdarəsinə müraciət də göndərib.
Danimarka bundan əvvəl isə həm jurnalist Camal Kaşoqinin qətli, həm də Yəməndəki müharibədə iştirakına görə 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanına silah satışını dayandırmışdı.
Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və şiə husi üsyançılar ilə, hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir. 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi və BƏƏ-nin də daxil olduğu ərəb ölkələri hərbi koalisiyası legitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ isə bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir. İran isə husiləri dəstəkləyərək onlara hərbi-maliyyə yardımı göstərir. Hazırda Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarətindədir.
2018-ci ilin 14 iyunundan başlayaraq, koalisiya qüvvələri Yəmənin Hudeyda liman şəhərindən husiləri çıxarmaq üçün “Qızıl qələbə” adlı hərbi əməliyyatlara başlayıb. Hudeyda Yəmənin şimalına humanitar yardımın çatdırılması üçün yeganə məntəqədir. Lakin ötən ilin dekabrında Yəməndə siyasi nizamlanma üzrə İsveçdə aparılan danışıqlarda husilər Hudeydanın BMT-nin nəzarəti altına keçməsinə razılıq veriblər.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Danimarka BƏƏ Yəmən Səudiyyə