Dünya müharibəsində həlak olanların xatirəsi anıldı

Dünya müharibəsində həlak olanların xatirəsi anıldı
  09 Noyabr 2013    Oxunub:1072
Böyük Britaniyada Birinci Dünya müharibəsində həlak olan əsgərlərin xatirəsini anma günü qeyd olunur
AzVision.az xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında Birinci Dünya müharibəsində həlak olan əsgərlərin xatirəsini anma günü qeyd edilir.

Birlik ölkələri üçün xüsusi əhəmiyyətə malik bu gün “Xaş-xaş” və ya “Atəşkəs” günü kimi də tanınır və 1918-ci il noyabrın 11-də Birinci Dünya müharibəsində hərbi əməliyyatların başa çatması ilə səciyyələnir. 11 noyabr və həmin günə yaxın tarixlər də xüsusi günlər sayılır və xaş-xaş bitkisi simvol qəbul edilərək həlak olan əsgərlərin xatirəsi yad edilir. Britaniya ilə yanaşı, digər Birlik ölkələrində də qeyd olunan anma günü 1919-cu il noyabrın 7-də Kral V Corc tərəfindən müəyyən edilmişdir.1919-cu il noyabrın 7-də Kral V Corc tərəfindən müəyyən edilmişdir.


Teqlər:  





Xəbər lenti